Muəllif: Redaksiya
Tunis parlamenti az qala bütünlüklə laik konstitusiyaya səs verib
Daha bir ərəb ölkəsi — Misirdən sonra Tunis laik (dünyəvi) konstitusiya layihəsinə səs verdi. Yeni konstitusiya lehinə 216 deputatdan 200-ü səs verib. Beləliklə, Tunis də Misir kimi dinçilərin «islami yol»undan imtina etmiş oldu. Yeni konstitusiyaya görə vicdan və əqidə azadlığı hər bir vətəndaşın şəxsi işidir. Dinçilərin buna qarşı çıxmaq cəhdləri nəticəsiz qalıb.
Yeni konstitusiyada kişilər və qadınlar arasında hüquq bərbərliyi təsbit olunur.
Demokratik düşərgə bu haisəni «əsl inqilab» adlandırıb.
Bölüm: Dünya
Oxunma sayı: 97