Muəllif:

Tovuzda toyda bəy gəlini döyüb, onun dayısını bıçaqlayıb

 Hadisə rayonun Aşağı Quşçu kəndində 22 yaşlı Ayşənlə, 20 yaşlı Fəridin toy mərasimində baş verib. Şirvan şəhər sakini olan bəy Fərid Eyvazov toy mərasimində gəlinin öz qohumları ilə şəkil çəkdirdiyinə etiraz edərək onu döyüb. Buna etiraz edən gəlinin dayısı 51 yaşlı İdris Quliyevlə Fərid Eyvazov arasında mübahisə yaranıb və bəy gəlinin dayısını bıçaqlayıb. Ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılan İdris Quliyevin vəziyyəti ağır qiymətləndirilir. Fktla bağlı polis araşdırma aparır.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 209