Muəllif:

Total şirkəti “Şahdəniz” və Cənubi Qafqaz qaz kəmərini tərk edir?

Fransanın Total neft-qaz şirkəti Xəzərdə ən iri qaz layihəsini tərk etmək qərarına gəlib. Bu məlumatı Energy Intelligence nəşri dərc edib. Məlumata görə, Total “Şahdəniz” və Cənubi Qafqaz qaz kəməri  (South Caucasus Pipeline) layihəsini tərk edir. Neft-qaz nəhənginin sözügedən miqyaslı və çoxvədli layihələrdən çıxmasının səbəbləri açıqlanmır.

Turan agentliyi ofisin Bakı şirkətindən şərh ala bilməyib.

Qeyd edək ki, Fransa şirkəti hər iki layihədə 10% iştirak payına sahibdir.

Hazırda Total 2011-ci ildə açılmış “Abşeron” dəniz yatağı layihəsində 40% payla operator olaraq qalır. Lakin onun işlənməsinə 2020-ci ildən sonra başlanılacaq. 2013-cü il dekabrın əvvəlində Total TANAP layihəsinə daxil olmaqdan imtina edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 261