Muəllif:

Toplu mina tapıntısı: Rus əsgərinin gəlişi kimi, gedişi də təhlükə imiş…

ANAMA  əməkdaşları Lənkəran şəhəri yaxınlığında, Xəzər dənizinin sahilindəki keçmiş tank poliqonunun ərazisində toplu şəkildə minalar tapıblar. Bu barədə  mətbuata ANAMA baş əməliyyat mütəxəssisi Adil Aslanov məlumat verib.

Aslanov bildirib ki, aprelin 10-da ərazidən 15 ədəd tank əleyhinə mina və 1 ədəd mina partladıcısı, bu gün isə 7 ədəd tank əleyhinə mina və 3 ədəd mina partladıcısı aşkarlanıb. Bununla yanaşı, dənizin sahilində 13 ədəd tank əleyhinə mina və 4 ədəd mina partladıcısı tapılıb: “Bu minaların əksəriyyətinin üzərində partladıcısı var və çox təhlükəlidir. Korroziyaya uğramış minalar istənilən zaman kiçik təsirdən partlaya bilər. Ümumiyyətlə, axtarışlar davam etdikcə ərazidə mina probleminin gözləniləndən daha ciddi olduğu üzə çıxır”.

Qeyd edilib ki,  o ərazidə vaxtilə keçmiş sovet ordusunun tank taboru yerləşib və tank poliqonu kimi istifadə olunub. Sovet ordusu Azərbaycanı tərk edərkən rus əsgərləri minaları dənizə, kanala və çuxurlara ataraq üstünü bağlayıblar. Orada bir neçə sursat anbarının suyun altında qaldığı ehtimal edilir. Yerli əhali ilə aparılmış söhbətlər zamanı minalı sahələrin təxmini dəqiqləşdirilməsi aparılıb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 171