Muəllif:

Tələt Paşa Komitəsinin haqlı davasına koordinator Məhmət Perinçek olacaq

Əsassız  “Erməni soyqırımı” böhtanlarına qarşı beynəlxalq miqyasda mücadilə yürüdən Tələt Paşa Komitəsinin yeni koordinatoru vəzifəsinə araşdırmaçı-yazar Məhmət Perinçəkin gətirilməsi nəzərdə tutulur. APA-ya gələn bilgiyə görə, məlumatı verən mənbə Məhmət Perinçekin Tələt Paşa Komitəsinə koordinator təyin edilməsinə uzun məsləhətləşmələrdən sonra razılıq əldə edildiyini, qərarın bu günlərdə açıqlanacağını deyib.  “2015-ci ildə artması gözlənilən “soyqırım”  böhtan və təzyiqlərinə qarşı aktiv mübarizədə gənclərin müstəsna rolu olacaq. Elmi əsərləri, təşkilatçılığı, mübarizə əzmi və təcrübəsi ilə Məhmət Perinçək bu işin öhdəsindən layiqli şəkildə gələcək bir insandır, ona görə də Tələt Paşa Komitəsi mübarizənin bundan sonrakı mərhələsini Məhmət Perinçekin koordinasiya etməsini uyğun görüb”, deyə mənbə deyib.

İşçi Partiyasının sədri və Tələt Paşa Komitəsinin qurucu koordinatoru Doğu Perinçekin oğlu olan Məhmət Perinçek 19 sentyabr 1978-ci ildə İstanbulda anadan olub. İstanbul universitetinin hüquq fakültəsini bitirdikdən sonra universitetin Atatürk ideal və inqilabları kafedrasında işləyib. Rusiya arxivlərindəki “erməni məsələsi”ni araşdırmaq üçün dəfələrlə uzun müddət Moskvada qalıb. ”100 sənəddə erməni məsələsi” kitabı Türkiyədə böyük rəğbət qazanıb.

“Erməni məsələsi” ilə bağlı arxivlərdən topladığı yeni sənədləri çapa hazırlayarkən həbs edilərək “Ergenekon” adı verilən əməliyyat çərçivəsində 2 il həbs yatıb. Perinçek “Ergenekon terror təşkilatından istifadə edərək ermənilərin milli qürur və ləyaqətini incitmək və aşağılamaq”da ittiham edilib. 5 avqust 2013-cü ildə məhkəmə Perinçekə  6 il cəza versə də, həbsdən azad edib. İstanbul universiteti Məhmət Perinçeki vəzifəsindən azad edib, bu qərarın ləğv edilməsi üçün məhkəmyə verilən şikayət ərizəsinə indiyədək cavab gəlməyib. Elmi çalışmalarını davam etdirən Məhmət Perinçek, Türkiyənin müxtəlif  yerlərində “erməni soyqırımı” yalanlarına qarşı xalqa həqiqətləri söyləmək üçün təşkil edilən toplantılarda  çıxışlar edir.

22 yanvar 2006-cı ildə İstanbuldakı “Pera Palas” otelində yaradılan Tələt Paşa Komitəsinin qurucu başqanı Şimali Kipr Türk Cümhuriyyətinin ilk prezidenti  Rauf Dənktaş olub. Komitənin qısa müddətdə Avropa ölkələrində “erməni soyqırımı” yalanlarına qarşı  təşkil etdiyi  aksiyalar erməni diasporasını narahat edib və bununla bağlı Avropa Parlamentinə şikayətlər edilib. AP isə 2006-cı ilin avqustunda Türkiyəyə göndərdiyi məktubda “komitənin ləğvini” tələb edib.

2008-ci ilin martında Doğu Perinçekin və komitənin önəmli üzvlərinin həbs edilməsindən sonra Tələt Paşa Komitəsinin fəaliyyətində dağınıqlıq yaransa da, İstanbul universitetinin keçmiş rektoru, professor Kamal Aləmdaroğlunun komitənin koordinatoru vəzifəsini öz öhdəsinə almasıyla  işlər yenidən sistematik xarakter alıb. 5 avqust 2013-cü ildə “Ergenekon” məhkəməsi professor Kamal Aləmdaroğlunu da həbs edincə, Tələt Paşa Komitəsinin koordinatoru vəzifəsi  Marmara Universitetinin dosenti Cüneyt Akalına həvalə edilib. 17 mart 2013-cü ildə Avropa İnsan Haqları Məhkəməsi, İşçi Partiyasının sədri Doğu Perinçekin 2008-ci ildəki şikayət ərizəsinə görə, İsveçrəni “söz və ifadə azadlığnı məhdudlaşdırmağa” görə məhkum etməsindən sonra bu il yanvarın 18-də Tələt Paşa Komitəsi geniş tərkibli toplantı keçirərək yeni dönəmin mübarizə metodologiyasını müəyyənləşdirib. O toplantıda komitəyə yeni koordinator seçilməsi məsələsi də gündəmə gətirilib.

Doğu Perinçekin 10 martda həbsdən çıxmasından sonra Tələt Paşa Komitəsinə koordinator təyin edilməsi məsələsi sürətlənib və məşvərət nəticəsində Məhmət Perinçekin koordinator olması qərarlaşdırılıb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 238