Muəllif: Redaksiya
Tele-aparıcı İlham Mirzəyev dələduz çıxdı…
Tele-aparıcı İlham Mirzəyev dələduz çıxdı… Onun əməlləri ilə əlaqədar dələduzluq maddəsi ilə cinayət işi başlanıb. DİN tanınmış aparıcı İlham Mirzəyevin saxlanıldığını təsdiqləyib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, İlham Mirzəyev bu gün polis orqanları tərəfindən tutulub.
Onun əməlləri ilə əlaqədar CM 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Bölüm: Kriminal
Oxunma sayı: 871