Muəllif:

Tarixi əsər qaçaqmalçıları sərhəddə 4 adam öldürüblər

İran-Azərbaycan sərhədində baş vermiş silahlı insidentlə bağlı İran tərəfi rəsmi açıqlama ilə çıxış edib.  Ərdəbil vilayətinin polis komandiri İbrahim Kərimxani bildirib ki, hadisə aprelin 21-dən 22-nə keçən gecə Muğan Biləsuvarın Şor Göl kəndində baş verib: “Post-patrul xidmətini həyata keçirən polislər küçənin kənarında dayanan “Xantia” markalı avtomobildəki sərnişinlərdən şübhələniblər. Avtomobilə yaxınlaşan iki polis əməkdaşı naməlum silahlı şəxslərin atəşinə məruz qalaraq qətlə yetiriliblər”.

Kərimxani bildirib ki, tarixi əsərlərin qaçaqmalçılığı ilə məşğul olan naməlum silahlı şəxslər Şor Göl kəndinin iki sakinini də öldürüblər: “Eyni zamanda daha bir nəfər yaralanıb. Hadisə nəticəsində ümumilikdə 2 polis, 2 mülki şəxs ölüb və 1 nəfər yaralanıb. Silahlı şəxslər hadisə yerindən qaça biliblər. Hadisə ilə bağlı cinayət işi açılıb və həmin şəxslərin tutulması istiqamətində işlər aparılır”.

Kərimxani ölən polislərin ad və soyadlarının Hüseyn Vəlinejad və Əli Şücai olduğunu və onların bu gün dəfn ediləcəyini söyləyib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 188