Muəllif:

TANAP Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək

TANAP layihəsi Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək və ölkəni regionda enerji mərkəzinə çevirəcək.

Turkish Press saytına istinadən, bunu “TANAP-ın Türkiyənin enerji mərkəzinə çevrilməsində rolu” adlı tədbirdə çıxış edən SOCAR-Türkiyə icraçı direktorun birinci müavini Samir Kərimli deyib.

Kərimli bildirib ki, TANAP Azərbaycan və Türkiyənin Avropa və Balkanların enerji sektorunda aparıcı tərəfdaş ölkə olması üçün əla imkanlar yaradar.

Kərimlinin sözlərinə görə, Avropa hazırda qaz defisiti ilə üzləşib: “TANAP layihəsi Azərbaycan, Orta Asiya və Yaxın Şərq regionlarından qaz nəql edilməklə, bu defisitin aradan qaldırılmasına yardım edəcək”.

O, vurğulayıb ki, yaxın 29 il ərzində Türkiyənin qaza olan tələbatı 60 faiz artacaq: “TANAP layihəsi ilə Azərbaycanın ucuz və strateji qaz təminatçısına, Türkiyənin isə regionun enerji mərkəzinə çevrilməsi planlaşdırılır”,  deyə APA-nın xəbərində deyilir.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 128