Muəllif:

Taksim indi də internetə nəzarətə kəskin etiraz etdi

İstanbulun Taksim meydanında polis internetə nəzarətin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinə etiraz edən etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

İstanbulun Taksim meydanında təşkil olunan aksiyada yüzlərlə etirazçı iştirak edib. Etirazçılar asayiş keşikçilərinə daş və fişəng atıb, polis isə aksiyanı daqıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Bir neçə nəfərin saxlanıldığı bildirilir.

Etiraz aksiyası internet istifadəçilərinə qarşı nəzarətin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin əleyhinə təşkil olunub. Qanun layihəsinin tezliklə prezident tərəfindən imzalanacağı gözlənilir. Hüquq müdafiəçiləri hesab edirlər ki, bu cür məhdudiyyətlər Türkiyədə əsas hüquq və azadlıqları təhlükə altına atır.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 109