Taekvondoçularımız “Fujairah Open” turnirində 14 medal qazandılar
Birləşmiş Ərəb Əmirliklərində gənc taekvondoçular arasında keçirilən “Fujairah Open” turniri başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, milli komandamız yarışda 14 medal qazanıb.
Belə ki, idmançılarımızdan Anar Mehdiyev (45 kq), Məhəmməd Məmmədov (59 kq), Ələsgər Əliyev (68 kq), Səid Quliyev (78 kq), Gülsüm Gültəkin (55 kq) və Ceren Özbek (46 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Finalda uduzan Zəlimxan Rəşidov (63 kq), Elnur Məhərrəmov (73 kq), Rəsul Kanamatov (+78 kq) və Safiye Polat (49 kq) gümüş medala layiq görülüblər. Fizam Mehdiyev (51 kq), Zeyvi Kərimova (59 kq), Gülhanım Yeşildal (63 kq) və Rəvanə Dostəliyeva (55 kq) isə 3-cü yeri tutub.
Qeyd edək ki, gənclərdən ibarət millimiz az öncə İsveçdə baş tutan ənənəvi “Trelleborg Open”də 3 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olmuşdular.