Muəllif:

“Svoya pravda”: Filmdə «vəhşi azərbaycanlı» obrazı yaradılıb

Birini özünə dost sayırsan, dost bilirsən,  dost gözündə görürsən,  və günlərin birində bu «dost» sənə qarşı xəbislik edir,ya da xəncəri kürəyinə saplayır, yaxud başqa bir nakişi hərəkət…  İnsanlıq tarixi qədər qədim süjetdir. Rusların yayımladığı bu film də elə.

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) Rusiyanın dövlət kanalı olan “Rossiya 1”də yayımlanan və azərbaycanlıların vəhşi kimi təqdim edildiyi “Svoya pravda” adlı filmə münasibət bildirərkən, qurumun sədri Nuşirəvan  MəhərrəmliAPA-ya açıqlamasında deyib ki, azərbaycanlılara qarşı bu münasibət Rusiyanın bir sıra qurumlarının izlədiyi siyasətdən qaynaqlanır. Ağlabatan mülahizədir.

Məhərrəmli qeyd edib ki, buna qarşı Azərbaycan öz imkanları çərçivəsində adekvat addımlar atacaq: “Biz istəməzdik ki, Rusiya belə bir siyasət aparsın. Bu filmi çəkən və nümayiş etdirən insanlar başa düşməlidir ki, bu cür siyasət münasibətlərin pisləşməsinə doğru aparır”.

“Rossiya 1”də yayımlanan “Svoya pravda” (“Onların həqiqəti”) filmi Azərbaycanın ucqar dağ kəndindən Bakıya gələn rus qadının taleyindən bəhs edir. 3,5 saatlıq filmdə filmdə azərbaycanlıların erməniləri və rusları döyməsi, erməni ailəni qətlə yetirməsi kimi səhnələr yer alıb. Filmdə azərbaycanlılar vəhşi və amansız kimi təqdim edilib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 206