Muəllif:

Suriyalı tərəflər ilk kəz Cenevrədə üz-üzə gəldilər

Suriyalı tərəflər ölkədə iç savaşın başlamasından bu yana ilk kəz Cenevrədə  eyni otaqda üz-üzə gəlmişlər.  Suriya müxalifəti və rejimini təmsil edən heyətlər BMT və Ərəb Birliyi Suriya Özəl Temsilçisi Əl Ahdar Əl İbrahimi ilə  BMT-nin Cenevrə ofisində müakirələrə başlayıblar, deyə Anadolu Agentliyinin xəbərində deyilir.

BMT Sözcüsü Corinne Momal-Vanian müzakirələrin başladığını jurnalistlərə göndərdiyi elektron məktubla bildirmişdir.

Ço sayıda ölkə və uluslararası təşkilatların qatılımıyla çərşənbə günü başlayan Cenevrə-2 Konfransının ardından BM Özel Təmsilçisi İbrahimi, dünən tərəflərlə ayrı-ayrı görüşmüş və bu gün ilk kəz eyni bir otaqda bir araya gəlmək üzrə razılaşmaya vardıqlarını açıqlamışdır.

Tərəflərin bu günkü ilk görüşmədə bir-birləriylə  birbaşa tərəf-müqabil olmayacaqları, İbrahimi vasitəçiliyi  ilə rabitə içində olacaqları bildirilir.

Bu gün hansısa bir razılaşmaya varılmadığı xəbər verilir.

Bu günkü görüşmədə ayrıca, bəzi bölgələri mühasirə altında olan Humusdakı (Türkmən soydaşlarımızın sıx yaşadığı bölgədir) insani durumun ele alına biləcəyi, yerəl bir atəşkəsin təmin edilməsi və insani yardımların geçidi haqqında irəliləyiş təmin edilərsə,  bənzər durumdakı diğər bölgələr üçün də  müzakirələr aparılacağı bildirilir.

Suriye’de 2011-ci ildə başlayan iç savaşda 150 min insan həyatını itirib, 9 milyon insan evsiz qalmışdır.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 120