Suriyada öldürülən azərbaycanlı İnterpol xətti ilə axtarışdaymış…
Dünən Suriyada öldürülməsi barədə məlumat yayılan azərbaycanlının İnterpol xətti ilə axtarışda olduğu müəyyənləşib. «Mücahidlərin» Urfan kimi təqdim etdiyi şəxs Xudat şəhər sakini, 39 yaşlı Urfan Ağcabəyov olduğu məlum olub. Azərbaycan hüquq-mühafizə orqanları Ağcabəyov barəsində hələ bir neçə il əvvəl beynəlxalq axtarış elan edib. Onun dövlətlərarası axtarışda olması barədə məlumatlar İnterpolun saytında yerləşdirilib.
İnterpolun saytında yerləşdirilən məlumata görə, Ağcabəyov Azərbaycan, rus və puştu (əfqan) dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.