Muəllif:

Suriya: bu gün Bayır-Bucaq Türkmən bölgəsində vuruşmalar davam edib

Əsəd rejiminin Türkiye sınırında nəzarətdə saxladığı son nöqtə olan Keseb qəsəbəsinin və Keseb sınır Qapısının da  müxaliflərin əlinə  keçməsinin ardından bölgədə şiddətli atışmalar yaşanır. Anadolu Agentliyinin xəbərinə görə, 5 gündür atışmalar ara vermir. Bombardman səsləri Hatayın Yayladağı ilçəsindən də eşidilir.

Əsəd gücləri itirdikləri mövqeləri geri almaq üşün havadan, qurudan və dənizdən hücum edir, onlar əlavə qüvvə alıblar, müxaliflərə idə Hələbdən yardım qüvvəsi gəlib.  Azad Suriya Ordusu 2 ildir Əsəd gücləri tərəfindən çox yaxşı qorunan bu məntəqəni ələ keçirmək istəyirdi, nəhayət bunu bacardı. Strateji baxımdan böyük önəmə sahib olan Kesebi ala bilmek üçün ASO-ya bağlı Bayırbucak Türkmən Tuqayı (briqadası), Ənsaur’ş Şam, Nusra Cəbhəsi, 2-ci Fətih Tuqayı və İslami Cəbhə Birliyi birləşərək «Enfal» adı altında ortaq əməliyyat düzənləmiş, atışmaların ikinci günündə Keseb Sınır Qapısı, dördüncü günündə ise qəsəbə tamamən müxaliflərin nəzarətinə keçmişdir.

Müxaliflər bununla da dənizə çıxış əldə edə bilmişlər.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 232