Sunqurçular təriqəti? Bunlar görəsən nəyi təbliğ edirlər?
Öz dini-siyasi baxışlarını son instansiya həqiqət kimi topluma sırıyan cərəyanlardan daha birinin adını eşitdik. Sunqurçular…Bu adı DİN əməkdaşlarının Bakıda “nurçu”ların saxlanılması faktı ilə bağlı yaydığı məlumatdan oxuduq. Bunlar görəsən nəyi təbliğ edirlər?
Nazirliyin mətbuat xidməti bildirir ki, Yasamal polisinin əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X. Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib.
Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla yasaq olunmuş dini ədəbiyyat, kompüter avadanlığı, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.