Muəllif: Redaksiya
Sumqayıtda oğru dəstəsi həbs edilib
Sumqayıt şəhərində oğurluqda şübhəli bilinən şəxslər tutulub. DİN saytına istinadən, Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə İlkin Sadıqov, İlkin Bəşirov, Tural Qafarov, Hüseyn Ağayev, Nicat Ağayev saxlanılıb. Onların ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində dekabr ayı ərzində Nuranə Məmmədovanın, Tehran İbrahimovun, Tofiq Musayevin, Mənsurə Məmmədovanın, Fuad İsmayılovun, Namiq Balakişiyevin, Xəyyam Hümbətəliyevin mağazalarından ümumilikdə 2692 manat pul, 1 ədəd mobil telefon, tütün məmulatı, danışıq kartları, ərzaq məhsulları, habelə içərisində 800 manat pul, möhür və sənədlər olan seyfi oğurlamaları müəyyən edilib.
Bölüm: Kriminal
Oxunma sayı: 209