Muəllif: Redaksiya
Şumaxerin durumu: yaxşılaşma şansı çox az…
Həkimlər xizəklə sürüşərkən yıxılan və hazırda komada olan əfsanəvi «Formula 1» pilotu Mixael Şumaxerin vəziyyəti ilə bağlı açıqlama veriblər. Yayılan xəbərlərə görə, həkimlər M.Şumaxerin vəziyyətinin son 3 həftə ərzində yaxşılaşmadığını və bundan sonra yaxşılaşma şansının az olduğunu deyiblər.
Açıqlamada deyilib ki, bu saatdan sonra idmançının yaxşılaşma şansı az ehtimal olunur: «Nəzəri cəhətdən bu mümkündür, lakin bu vaxta qədər belə bir hala rast gəlinməyib.
Qeyd edək ki, ötən il dekabrın 29-da Fransanın Meribel kurort şəhərində xizəklə sürüşən M.Şumaxer yıxılaraq ağır kəllə beyin travması almışdı. Alman pilot 45 yaşını Qrenobldakı hospitalda komada «qeyd etmişdi».
Bölüm: Idman
Oxunma sayı: 170