Muəllif:

Sui-qəsd nəticəsində ağır yaralanan Xarkov meri İsrailə aparılıb

Sui-qəsd nəticəsində ağır yaralanan Ukraynanın Xarkov şəhərinin meri Gennadi Kernes müalicə üçün İsrailə aparılıb. Dünən Xarkovun Belqorod şosesində naməlum şəxs tərəfindən atəşə tutulan G. Kernesi müayinə etmək üçün İsraildən həkim heyəti dəvət olunub.

Aprelin 29-na keçən gecə Xarkova gələn israilli həkimlər yerli tibb heyətinin işini yüksək qiymətləndirsələr də, xəstənin müalicə üçün İsrailə aparılmasını təkid ediblər. Onlar müayinə nəticəsində belə qənaətə gəliblər ki, xəstənin durumu onu başqa yerə nəql etməyə imkan verir. Nəticədə yerli vaxtla saat 03.20-də G. Kernes təyyarə ilə İsrailə aparılıb.

Kernesin hazırda Ukraynanı idarə edən qüvvələrlə münasibətləri yaxşı olmayıb. Lakin buna baxmayaraq, o, ölkənin ərazi bütövlüyünün qorunmasına tərəfdar çıxıb və yerli separatçılara dəstək verməyib. Rusiya ilə həmsərhəd Xarkov vilayətində separatçıların Donetsk və Luqanskda olduğu kimi sərbəst fəaliyyət göstərə bilməməsində G. Kernesin ciddi rolu var.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 490