Muəllif:

Soyğunçuluq edən rusiyalı qızlara hökm oxundu

Soyğunçuluqda təqsirli bilinən Rusiya vətəndaşları — Zita Samoyeva və Tamara Doçenkonun məhkəməsi başa çatıb.  Təqsirləndirilən şəxslər CM 180 (soyğunçuluq) maddəsi ilə ittiham ediliblər. Onları DİN Baş Cinayət Axtarış İdarəsinin, Nəsimi və Səbail rayon polis idarələrinin əməkdaşları həbs ediblər.

Zita Samoyeva və Tamara Doçenkonu bu il iyunun 26-da Türkiyə vətəndaşı Mutlu Başakın əl çantasından içərisində 435 manat, iki kredit kartı və şəxsi sənədləri olan pul kisəsini oğurlayıblar.  Bundan başqa, onlar daha beş Azərbaycan vətəndaşını qarət ediblər. Bu cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zita Samoyeva 6 il müddətinə azadlıqdan məhrum edilib. Tamara Doçenko 6 il şərti cəza alıb və məhkəmə zalından sərbəst buraxılıb. Tamara Doçenko 5 min manat cərimə olunub.

Hökmdən Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq Tamara Doçenkonun cəzasının ağırlaşdırılmasını istəyib.  Zita Samoyeva da apelyasiya şikayəti verib. O, həbsdən azad edilməsini xahiş edib.

Hər iki şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib və təqsirləndirilən şəxslərin barəsində olan hökm dəyişdirilib. Yeni hökmə əsasən, Zita Samoyevanın apelyasiya şikayəti qismən təmin edilib. Zita Samoyevanın cəzası 4 il 6 aya endirilib. Tamara Docenkonun barəsində olan cərimə cəzası 3 min manata qədər azaldılıb. Baş Prokurorluğun şikayəti təmin edilməyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 236