Muəllif:

Sorğu: Ukrayna ictimai rəyi Avropanın lehinə dəyişib. Gömrük İttifaqı cəlbedici deyil

ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq edən Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi sorğunun nəticələri belə bir gerçəkliyi üzə çıxarıb ki, Ukrayna əhalisinin yarıdan çoxu Gömrük İttifaqına üzv olmağın əleyhinədir və Avropa Birliyinə qoşulmağı dəstəkləyir.

“Ukraynanın AB-yə qoşulması ilə bağlı referendumda Siz necə səs verərdiniz?” sualına respondentlərin 53 faizi bu təşəbbüsü dəstəkləyəcəklərini bildiriblər. AB-yə qoşulmağın əleyhinə isə respondentlərin 28 faizi çıxış edib.

Ukraynanın Gömrük İttifaqına üzv olmasını respondentlərin yalnız 28 faizi dəstəkləyir, 51 faizi isə ölkənin Gömrük İttifaqına üzv olmasını istəmir. Sorğunun nəticələrinə əsasən, 2011-ci ilin noyabrından Ukraynada avrointeqrasiya meyllərinin dəstəklənməsi 52 faizədək artıb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 146