Muəllif:

Sorğu: Erdoğanın partiyası 10 faiz səs itirib

Cahan Araşdırma Mərkəzi Türkiyədə hakim AKP-nin ölkə seçicilərinin 50%-nin bu partiyanı dəstəkləməsi bəyanatlarını əsassız sayır. Belə ki, Mərkəz keçirdiyi sorğuda 2002-ci ildə 60% səsə mailk olan AKP 2014-cü ildə cəmi 36% səslə kifayətləndiyini bildirir.

Cümhuriyyət Xalq Partiyası (CHP) 29%, Milliyyətçi Hərəkat Partiyası (MHP) isə 21% səsə malikdir. 2013-cü ilin 17 dekabr “korrupsiya və rüşvət” əməliyyatından sonra Erdoğan iqtidarı seçici etimadını itirir. Cəmi 2 ay öncə sorğularda 46% səs sahibi olan AKP iki ay sonra 10% səsi itirib. Bu fonda CHP və MHP-nin səs faizləri artır. Bu sırada ideoloji baxımdan MHP-yə yaxın Böyük Birlik Partiyası səs faizlərini 4-ə qaldırıb.

Rəyi soruşulanların 17%-i baş nazir Erdoğanı prezident kimi görür. İndiki prezident Gülün səs faizi isə 47-dir.

Rəyi soruşulanların 81%-i nazir oğullarının həbsini doğru sayır, 78% isə nazirlərin istefasını dəstəkləyir.

Rəyi soruşulanların 63%-i hökumətin Hakim-Prokurorlar Ali Şurasının səlahiyyətlərinin məhdudlaşdırılmasına qarşıdır. Respondentlərin 66%-i Hizmət Hərakatına aid hazırlıq kurslarının qanun yolu ilə bağlanmasını əsassız sayır.

Rəyi soruşulanların 62%-i hüquq-mühifizə orqanlarındakı kütləvi yerdəyişmələri qanunsuz adlandırırlar.

2012-ci il sorğularına görə ən bacarılqı lider kimi 61%-lə dəstəklənən Erdoğan indi cəmi 27% səslə kifayətlənir.

Respondentlərin 94%-i Erdoğanın Fetullah Gülenin rəhbəri olduğu “Hizmət Harekatı”nı “narkotik düşkünləri” adlandırmasına rədd cavabı veriblər (Turan).  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 196