Muəllif:

Sökülməkdə olan beşmərtəbəli bina uçdu: 2 ölü, 7 avtomaşın əzildi

Bakının Heydər Əliyev prospektində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində yaxınlıqda dayanan avtomobillərdən biri tam yararsız hala düşüb, daha 6 maşın qismən əzilib. FHN əməkdaşlarının səyi nəticəsində prospekt dağıntılardan təmizlənib. Hazırda Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti bərpa olunub.

Bu gün saat 16.00 radələrində Bakının Nərimanov rayonunda sökülməkdə olan bina uçub.  Hadisə nəticəsində ölən və yaralananlar var. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və texnikası cəlb edilib. İlkin rəqəmə görə, dağıntılar altından iki cəsəd çıxarılıb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 307