Soçi qış Olimpiya oyunları: fransız firmaları rus dağlarında
Qış Olimpiya oyunlarına dünyanın hər yerindən idmançılar gəlib. Çoxdan gözlənilən dünya əhəmiyyətli bu yarışın təşkili üçün bacarıqlı və zəngin təcrübəli fransız mütəxəssislərinə müraciət edilmişdi. Beynəlxalq Olimpiya komitəsi qış Olimpiya oyunlarının ev sahibliyini Rusiyaya etibar edəndə, bu ölkədə belə bir mühüm əhəmiyyətli tədbirin keçirilməsi üçün maddi-texniki baza yox idi. Bunun üçün ruslar iki nəhəng şəhərcik salmalı idilər. Belə bir çətin vəzifənin öhdəsindən gəlmək üçün təşkilatçılar fransızların dağ qış idman növləri üzrə mütəxəssislərinə müraciət etdilər. Fransada xizək idmanı üzrə möhtəşəm kurortlar şəbəkəsi mövcuddur və fransızlar əlvan, möhtəşəm yarışlar təşkil edib keçirməyə qadirdirlər. Belə bir zəngin təcrübə son 40 il ərzində La Plagne, Tignes, Courchevel kimi kurort şəhərlərinin yaradılması və istismarı sahəsində əldə edilmişdir.
Büdcəsi 36 milyard dollar olan tikinti
Fransız, o cümlədən Kanada, Amerika, Avstriya və İtaliya firmalarının gərgin əməyi və zəngin təcrübəsi sayəsində tikinti işləri vaxtında başa çatdırıldı. 36 milyardlıq büdcəsi ilə Soçi Olimpiya oyunları bütün rekordları ötüb keçdi.
Fransız xizək idmanı müəssisələrinin beynəlxalq bazarda təbliği ilə məşğul olan Cluster-Montagne şirkətinin direktoru Benua Rober deyir: “Bu olimpiya oyunlarının təşkili üçün ruslar bizə müraciət etdilər, çünki, hələ 90-cı illərdə biz onların bir sıra mövcud kiçik idman obyektlərini yenidən qurmuşduq. Amma Soçidə hər şeyi sıfırdan başlamaq lazım idi”. Şirkətin açıqladığı statistik məlumatlara əsasən fransız firmalarının Soçidəki ticarət dövriyyəsi 500 milyon avroya çatacaq.
Olimpiya obyektlərinin tikintisinin bütün mərhələlərində və istismarında iştirak
Soçi Olimpiya oyunlarının keçirilməsi üçün xizəksürmə tikililərinin bütün mərhələlərində və istismarında fransız firmaları yaxından iştirak edib. Onların arasında Poma firmasının inşa etdiyi 16 dağ xizək liftini misal göstərmək olar. Dünya şöhrəti qazanmış firma üçün bu böyük müvəffəqiyyətdir. Amerika Birləşmiş Ştatlarının qış idmanı müəssisələrində firma o dərəcədə məşhurdur ki, onun dağ xizək liftini “pomalift” adlandırırlar.
Olimpiya oyunlarının təşkil olunmasında qocaman hesab edilən Atos firması –jurnalistlərin akkreditasiya olunmasından tutmuş yarışların xronometrajına qədər tədbirlərin komüterlə idarə olunmasını təmin etmək üçün bütün hazırlıq mərhələlərində iştirak edib. Soçi Olimpiadasına hazırlığın 4 ilində bu işlərə firmanın 3 min əməkdaşı cəlb olunub. Təşkilat komitəsi Montagne et Neige Développement firmasının təklifinə də maraq göstərərək onu işə cəlb edib. Söhbər partlayıcı maddə istifadə etmədən qar yığınlarınınn uçqunlarını təşkil etməkdən gedir. Firmanın baş direktoru Rolan Didye bu barədə söhbət açaraq deyir: ”Daxili təhlükəsizlik tədbirləri üzündən Rusiya partlayıcı maddələrdən istifadə edə bilmir. Bizim məsafədən idarə olunan və qar uçqunları törədən qarışıq qaz maddəmiz daha effektli olmasını sübut edərək rusları çox maraqlandırdı”.
500 min avro dəyərində olan, real vaxt ərzində informasiya verməyə qadir olan, həmçinin xizək xəttlərinin interaktiv planları sistemləri də diqqətdən kənarda qalmadı, baxmayaraq ki, onlar, daha çox olimpiya komleksinin gələcək istifadəsi üçün nəzərdə tuitulub. Olimpiya kompleksinin “Roza Xutor” kəndi, smartfonlar üçün xüsusi işarələr sistemini və proqram təminatını Lumiplan firmasına həvalə edib. Firmanın direktoru Patrik Qrand”Eri qeyd edir ki ”onların Soçi Olimpiya oyunlarının təşkilində iştirakı firmanın ixrac siyasətinin katalizatoru rolunu oynayır”.
Dağda xizəksürmə idman növü olimpiya oyunlarında geniş təmsil olunub, buna görə də, təşkilatçılar daha bir sahəni, daha doğrusu desək, oyunların keçiriləcəyi kurortun sonrakı istifadəsini tamamilə fransızlara həvalə ediblər, Avropa bazarında 15 ildən bəri qış istirahətinin təşkili ilə ad çıxarmış Compagnie des Alpes qrupu oyunlardan sonra “Roza Xutor” kəndinin istismarı ilə məşğul olacaq. Digər fransız firmaları ilə də müqavilələr bağlanıb. Məsələn, təşkilat komitəsi Olimpiya və paraolimpiya oyunlarının təntənəli açılışı və bağlanışı üçün səs və təsvir effektlərinin yaradılmasını Cogely İneo (CDF SUEZ) firmasına həvalə edib.
Bəs 2014-cü ildən sonra nə olacaq?
Fransız firmaları Rusiyada fəaliyyətlərini fevralın 20-dən, yəni Olimpiya oyunlarının bağlanışından sonra da davam etdirəcəklər. Benua Rober deyir: “Rusiyada 2020-ci ildə 20 milyon gün/xizəkçi olacaqğı gözlənilir, hazırda bu rəqəmlər 3 milyon təşkil edir Biz kadr hazırlığını, obyektlərin istismarını və avadanlıqlara texniki qulluğu davam etdirməliyik”. Bundan başqa fransız firmalarının Rusiyada fəaliyyətlərini davam etdirməsi onlara Qafqazdakı keçmiş sovet respublikalarının, həmçinin Qazaxıstanın və Monqolustanın perspektivli bazarlarına çıxmaq imkanı yaradır. Benua Rober hesab edir ki, “Fransız firmaları bundan sonra da bilik və bacarıqlarından istifadə edib mənfəət götürmək istiqamətlərində fəaliyyətlərini davam etdirməlidirlər”.
Cluster-Montagne şirkəti indi diqqətini 2018-ci ildə Koreya Respublikasında keçiriləcək Olimpiya oyunlarına yönəldib, bununla kifayətlənməyərək 2022-ci ildəki oyunları da nəzərdən qaçırmır “Artıq 6 ölkə 2022-ci il oyunlarına ev sahibliyi etmək üçün namizədliklərini irəli sürüb, Çin, Şimali Amerika, Polşa onların arasındadır. Biz artıq məsləhətləşmələrə başlamışıq və onlara öz xidmətlrimizi təklif edirik”.