Muəllif:

SOCAR Aşqabatda Berdımuhammedov ilə danışıqlar aparıb

SOCAR rəhbərinin Türkmənistana səfərinin yekunlarına dair yaılan məlumatda deyilir ki,  Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri Rövnəq Abdullayev iki ölkə arasında səmərəli dialoqu hərtərəfli möhkəmləndirməyə hazır olduqlarını bildiriblər. Bu nikbin məlumatı Türkmənistan prezidentinin mətbuat xidməti Rövnəq Abdullayevin bu ölkəyə səfərinin yekunları ilə bağlı dərc edib.

Mənbənin məlumatına görə, Türkmənistan prezidentinin SOCAR rəhbəri ilə görüşü zamanı yanacaq-energetika sektorunda, o cümlədən dünyada sabit enerji daşıyıcıları tədarükünə olan tələbatın artması nəzərə alınmaqla, böyük əhəmiyyət daşıyan tranzit qaz kəmərlərinin çəkilməsi üzrə birgə layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığın fəallaşdırılmasının müxtəlif aspektləri müzakirə olunub.

Rövnəq Abdullayev şirkətinin “Türkmənistanla – böyük resurs və iqtisadi potensiala malik olan etibarlı və perspektivli tərəfdaşla tammiqyaslı əməkdaşlıq qurulmasında” maraqlı olduğunu vurğulayıb.

“Qurbanqulı Berdımuhammedov qeyd edib ki, Türkmənistan böyük neft-qaz yataqlarının kəşfiyyatı və sənaye cəhətdən mənimsənilməsi, şaxələnmiş boru kəməri şəbəkəsinin yaradılması üzrə genişmiqyaslı layihələrə böyük vəsaitlər yatırır. Dövlət başçısının sözlərinə görə, bütün bunlar Türkmənistanın üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə yerinə yetirməsinin mübahisəsiz zəmanətidir”.

Səfər çərçivəsində SOCAR rəhbəri Türkmənistan XİN-də qəbul edilib.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 191