Siyasi sığınacaq istəyən 35 uyğur türkü Türkiyədə qalacaq
Atatürk Hava Limanında 18 gün gözləyəndən sonra bu gecə ordan çıxarılan 35 uyğur türkünün məsələsi müsbət həll olunacaq və onlar Türkiyədə qalacaqlar.
DHA -ya istinadən, aralarında qadın və çocuqların da olduğu bu uyğur qardaşlarımız İstanula fərqli marşrutlarla – Katar və Dubay üzərindən gəliblər və uyğurlara qarşı basqı siyasətindən əl çəkməyən Çin communist rejimindən qaçanlardır. Çində uyğurlar zülm altında saxlanılır və öz varlıqlarını qorumaq üçün yaşam mücadiləsi verirlər.
İstanbul polis idarəsinin Kumkapı səmtində yerləşən əcnəbilər şöbəsinə aparılan 35 uyğur türkü indi orada saxlanılır. Türk mediasına istinadən, sığınacaq istəyən uyğur türklərinə gərəkən diqqət göstərilir. İstanbul Uyğur türkləri dərnəyinin rəhbərləri sığınacaq istəyən soydaşlarla daimi əlaqədə olub, həm onların ehtiyaclarının təmin edilməsinə, həm də tezliklə əcnəbilər şöbəsindən sərbəst buraxılmasına çalışır, deyə xəbərlərdə bildirilir. Əlavə edək ki, 1946-cı ildən bəri Türkiyədə uğurların sanballı diasporası fəaliyyət göstərir.
Uyğur türklərinin ölkəyə rəsmi daxilolma məsələsinin sabah — aprelin 14-də həll ediləcəyi və onların rəsmən Türkiyəyə girişinə icazə veriləcəyi barədə gümanlar var.
Çindən hava yolu ilə tranzitlə İstanbula gələn və siyasi sığınacaq tələb edən 35 uyğur türkü 25 martdan bəri Atatürk hava limanında tranzit xətlər bölümündə gözlədilirdi. Xarici İşlər Nazirliyinin göstərişinə əsasən, aprelin 12-də onlar aeroportdan çıxarılaraq İstanbul polis idarəsinin Kumkapı polis idarəsinə aparılıb. Gərəkən hüquqi prosedura başlanılıb, İstanbul Uyğur türkləri həmrəylik və yardımlaşma dərnəyi və Türk Dünyası Araşdırmaları Vəqfi siyasi sığınacaq tələb edən uyğur türklərinə hüquqi dəstək vermək üçün vəkillər təyin edib.
Ehtiyacı olanlra tibbi yardım göstərilib, bir çocuq xəstəxanaya qoyulub.