Muəllif: Redaksiya
Şirkət direktoruna qarşı 54 min manatlıq dələduzluq
Bakıda şirkət direktoruna qarşı külli miqdarda dələduzluq edilib. “Medisan” MMC-nin direktoru, 1976-cı il doğumlu Üzeyir Əfqan oğlu Cəfərov polisə ərizə ilə müraciət edərək bildirib ki, ötən ilin martında Mətin Oktay oğlu Bayramov satmaq adı ilə ondan 54 min manat dəyərində dərman preparatı alıb. Lakin sonuncu Üzeyir Cəfərova dələduzluq edib, yəni «atıb».
Faktla bağlı araşdırma aparıldığı bildirilir.
Bölüm: Kriminal
Oxunma sayı: 221