Muəllif: Redaksiya
Sinqapur təyyarəsi Bakıda məcburi eniş edib
Singapore Airlines aviaşirkətinin «Airbus-380» sərnişin təyyarəsi Bakı şəhərinin hava limanında məcburi eniş edib.
Aviaşirkətin sosial şəbəkələrdə yaydığı rəsmi xəbərə görə, məcburi eniş yerli vaxtla saat 01:03 həyata keçirilib və təyyarə kabinəsinin hermetizasiyasının açılması ilə bağlı olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
London-Sinqapur aviareysini yerinə yetirən təyyarənin göyərtəsində 467 sərnişin və 27 heyət üzvü olub.
Sinqapur aviaşirkəti yerli hakimiyyət orqanlarından sərnişinlərin müvəqqəti olaraq otellərdə yerləşdirilməsini xahiş edib. Tezliklə Sinqapurdan yeni təyyarənin göndəriləcəyi gözlənilir
Bölüm: Dünya
Oxunma sayı: 274