Muəllif:

Şeyxülislam Paşazadə: İşğal olunmuş ərazilərin azad edilməsi üçün başqa yollar da var

Allahşükür Paşazadə dünya birliyini Xocalı soyqırımını pisləməyə çağırıb.: Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının  22-ci ildönümünə həsr olunmuş tədbirdə Azərbaycanın müxtəlif dini konfessiyalarının nümayəndələri iştirak ediblər. QMİ sədri şeyxülislam Allahşükür Paşazadə deyib ki, Xocalının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi kütləvi qətllər ilə müşayiət edilib və bu, insanlığa qarşı ən dəhşətli cinayətdir.

Xocalı hadisələrini soyqırım adlandıran A.Paşazadə deyib ki, bu cinayətdə Moskvadakı müəyyən qüvvələrin əli olub, mülki əhaliyə qarşı hərbi əməliyyatda keçmiş sovet ordusunun 366-cı alayının hərbçiləri iştirak ediblər.

Ə.Paşazadə Azərbaycanın Qarabağ probleminin dinc yolla nizamlanmasına sadiqliyini təsdiqləyib və əlavə edib ki, işğal olunmuş ərazilərin azad edilməsi üçün başqa yollar da var və onlardan da istifadə oluna bilər.

Tədbir iştirakçıları dünya ölkələri parlamentlərinə müraciət qəbul edərək Xocalı soyqırımının pislənməsini, günahkarların cəzalandırılmasını, həmçinin Azərbaycanın ərazilərindən işğalçı qüvvələrin çıxarılması üçün Ermənistana təzyiq göstərilməsini tələb ediblər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının dəstəyilə Dağlıq Qarabağda azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərini işğal edib. İşğal zamanı 613-dən çox adam, o cümlədən uşaqlar, qadınlar, qocalar öldürülüb (Turan). 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 144