Seyran Ohanyandan yanıltmac: “KTMT Ermənistana kömək edəcək…”
Seyran Ohanyan audiriyaya «arxayın olun» mesajı verərək deyib: “Azərbaycan müharibəyə başlasa, KTMT Ermənistana kömək edəcək”. Buu “Ayots Artsivner” (“Erməni qartalları”) təşkilatının üzvləri ilə görüşü zamanı Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib. Ermənistanın KTMT üzvlüyünə xüsusi önəm verdiyini deyən nazir hazırda qurumun hərbi-siyasi inkişafı istiqamətində ciddi addımların atıldığını bildirib.
“Müxtəlif tədbirlərdə iştirak etməklə biz lazımi müstəvi yaradırıq ki, lazım olan halda KTMT ölkələri bizə kömək etsin. Quruma üzv olan Orta Asiya ölkələrinin belə hallarda hansı rol oynayacağı və bunun hansı formatda baş verəcəyini isə zaman göstərəcək”, — deyə o vurğulayıb.
KTMT rəsmiləri isə Azərbaycanı dost ölkə sayırlar və bizim öz daxilimizdə qayda-qanunu bərpa etmək üsullarını seçmək hüququmuz var.