Muəllif: Redaksiya
Sevastopolda Ukrayna bayraqları yığışdırıldı: Krım Ukraynadan qopur?
Sevastopol şəhər administrasiyasının başçısı Vladimir Yatsuba vəzifəsindən istefa verib və Regionlar Partiyasından çıxıb. Onun yerinə biznesmen, Rusiya vətəndaşı Aleksey Çalıy seçilib. Şəhər sovetinin deputatları «İcraiyyə Komitəsi» yrıblar və bu komitə şəhərdə yeganə hakimiyyət orqanıdır. Çalıy deyib ki, inqilaba yol verməyəcəklər, yalnız təkamül olacaq.
Fəqət elə həmin gün şəhər administrsiyası və şəhər şurasının binalarından Ukrayna bayraqları yığışdırılıb. Deyəsən, Rusiya yeni bir Qarabağ ssenariini hərəkətə gətirir… Bu şəhərdə Rusiyanın hərbi-dəniz bazası da var…
Bölüm: Dünya
Oxunma sayı: 175