Muəllif:

Şərqi Azərbaycan: Mollakratiya polisi toya basqın etdi!

ETTELAAT əməkdaşları toy mərasiminə basqın edib, yerli sakinlərlə məmurlar arasında toqquşma baş veribİ. Bu əcaib hadisə Şərqi Azərbaycan vilayətində yerli sakinlərlə məmurlar arasında olub və İran kimi dövlətdə belə hallar heç kəsi təəccübləndirməməlidir. Sağlam məntiqlə izahı mümkün olmayan, yalnız fars düşüncə mərkəzlərincə məqbul sayıla biləcək bu olay aprelin 5-də Şəbüstər şəhərinin Nadarlı kəndində baş verib.

 İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Şəbüstər şöbəsinin əməkdaşları azərbaycanlı fəallardan birinin toy mərasiminə basqın edərək qarşıqlıq salıblar. Nəticədə “Salmas” musiqi qrupunun rəhbəri Abbas Nikrəvan döyülüb və aldığı xəsarətlərdən dolayı Şəbüstər xəstəxanasına qaldırılıb. ETTELAAT-ın Şəbüstər şöbəsinin əməkdaşları xəstəxanadan evə qayıdarkən azərbaycanlı fəalı Şərəfxana postunda saxlayaraq Əmakin idarəsinə aparıblar.

Nikrəvan sorğu-suala tutulduqdan sonra aprelin 6-da səhər saatlarında sərbəst buraxılıb. Məmurlar Nikrəvanın rəhbərlik etdiyi “Salmas” musiqi qrupunun Səbüstər şəhərində çıxışına yasaq qoyulduğunu bildiriblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 168