“Sərhədsiz reportyorlar” İnternet düşmənlərini barmaqla göstərdi
Beynəlxalq “İnternetdə senzuraya qarşı” gün münasibətilə “Sərhədsiz reportyorlar» təşkilatı 2014-ci il üçün “İnternet düşmənləri” adlı hesabatı dərc edib. “Sərhədsiz reportyorlar”ın mütəxəssislərinin araşdırmalarına əsaslanan bu sənəd bəzi ölkələrdə online- repressiyanı həyata keçirən və yeni texniki metodlarla informasiya azadlığına qəsd edən qurumları ifşa edir.
Sənəddə ərazi bütövlüyünün saxlanması üzrə ilkin səlahiyyətlərini aşaraq senzura ilə məşğul olan qurumlardan danışılır. Belə təşkilatlar arasında Pakistan Telekommunikasiya İdarəsi, Rusiya FTX, Belarus Əməliyyat-Analitika Mərkəzi, Vyetnam İnformasiya və Kommunikasiya Nazirliyi, Çin Dövlət İnternet-İnformasiya Bürosu var.
“Sərhədsiz Reportyorlar”ın “İnternet düşmənləri” adlandırdığı 33 müəssisədən 3-ü demokratik ölkələrdə fəaliyyət göstərir. Sonuncular bildirirlər ki, onlar fikrin ifadə edilməsi azadlığını və informasiya axınlarının maneəsiz hərəkətini müdafiə edirlər. Odur ki, ABŞ-da NSA (Milli Təhlükəsizlik Agentliyi), Böyük Britaniyada GCHQ (Hökumət Rabitə Mərkəzi) və Hindistanda Telematika İnkişaf Mərkəzi Çin, Rusiya, İran və ya Bəhreyndən olan həmkarlarına həsəd üçün əsas vermirlər. Özəl şirkətlərin yardımı olmadan onlayn-informasiyaya nəzarət etmək mümkün deyil.
Bundan öncəki hesabatda külli miqdarda pulun müqabilində avtoritar rejimlərə öz xidmətlərini göstərən firmalar qeyd olunub.
2014-ci ildə şirkət “təqib üzrə dilerləri”, monitorinq və senzura üzrə ixtisaslaşan şirkətləri avtoritar rejimlərlə tanış edən salon və forumları ifşa edir. Onları arasında ən təhlükəlisi ISS World, Milipol və Cinayətkarlığa Qarşı Texnologiyalardır (Technology against Crime).
Bu çirkin praktikaya son qoymaq üçün ifşa etmək yetərli deyil, hərəkət etmək lazımdır. Bu səbəbdən “Sərhədsiz reportyorlar” təhlükəsizlik sahəsində özbaşınalığa son qoymaq üçün hökumətlərə və beynəlxalq təşkilatlara tövsiyələr hazırlayıb.
“İnternet düşmənləri”nin fəaliyyəti geniş mühakimə olunmalıdır. Beynəlxalq institutların (BMT, AB) və monitorinq texnologiyaları ixracını tənzimləyən müqavilələrin bu problemə yönəlməsi və bu praktikaya son qoyulması üçün qanunlar qəbul etməsi vacibdir. Təşkilat bütün dünya üzrə İnternet istifadəçilərini bu təşəbbüsə qoşulmağa çağırır.
Bununla əlaqədar “Sərhədsiz reportyorlar” öz tərəfdaşlarını aşağıdakılara əməl etməyə çağırır:
Bu müəssisələrə görə məsuliyyət daşıyan hökumət rəhbərlərindən və prezidentlərdən sosial şəbəkələrdə cavablar tələb etmək (tvitter-akkauntların siyahısı çatımlıdır).
Tvitterdəki avatarı və Facebook-dakı fotonu “Sərhədsiz reportyorlar” “Onlayn-senzuraya qarşı” loqotipi ilə əvəzləmək.
Səsinizin eşidilməsi üçün “Sərhədsiz reportyorlar”ın bu gün buraxdığı Thunderclap səhifəsində qeydiyyatdan keçmək.
“İnternet ümumi rifahdır. “İnternet düşmənləri”nin bundan öz məqsədləri üçün istifadə etməsinə yol verilməməlidir”, -sənəddə deyilir.-

