Sərhəd məntəqəsindəki zəhərli zavod
Şərqi Londondakı Mikrobiologiya Araşdırmalar İnstitutunda alimlər belə bir nəticəyə gəliblər ki, insan orqanizminə təsir edən, onu çürüdüb sıradan çıxaran bakteriyaların bir qismi güclə müşahidə olunan «mikroorqanizm» şəklində yağış buludlarında gizlənir və yeri gələndə həmin buludları hərəkətə gətirir, bir yerdən başqa yerə aparır. Yəni həmin mikroorqanizmlər yağış suları vasitəsilə istənilən regiona tökülə bilər.
Bu qənaətə institutun professoru Brus Moffet gəlib. O həm də İngiltərənin Oksfordşir qraflığı ərazisində bu təcrübənin nəticələri haqqında ilkin məlumatlarını verib. Deməli, hər yağan yağışdan sonra çiçək dərmək, yaşıl ormanlar və meşələr gözləmək… lazım deyil. Professor Brus Moffetin elmi-tədqiqat laboratoriyasında bir neçə regionla yanaşı strateji cəhətdən həmişə maraq dairəsində olan Azərbaycan ərazisindən aparılan yağış suları da var. Çünki dünya alimlərinin tədqiqatlarında, məsələn, Astara şəhəri Pezaro ilə (İtaliya), Lənkəran-Masallı yaşayış məntəqələrinin iqlim mühiti Şimali Amerikanın Kemberlend çayı hövzəsi ilə (Tennesi ştatı) və onun ətrafındakı dağətəyi yamacları ilə, eləcə də Talış dağlarının Syera-Nevada dağları ilə eyni mikroiqlim zonasında olması və yaxud Cəlilabad-Biləsuvar əraziləri Yeni Kastiliya (İspaniya) və Dandi (İngiltərə)… ərazisi ilə müqayisə olunur. Məsələn, Lənkəranda bir qızılgülün çiçəkləməsi üçün il ərzində 700 mm yağıntı tələb olunur. Cəlilabadda isə bu, 300 mm-dir… Lakin ayrı-ayrı regionlardan yağış buludlarına çökdürülən zəhərli bakteriyalar, mikroorqanizmlər… məqsədli şəkildə Azərbaycanın istənilən regionuna tərəf qovula bilər və yaxud hər an bunun istiqamətləndirilməsi mümkündür…
Araşdırmalarımıza görə, 2012-ci il avqustun 16-da, 2013-cü il sentyabrın 11-dən 12-nə keçən gecə Astaraya, Lənkərana, Masallıya, Cəlilabada, Biləsuvara… yağan sarı yağışdan çoxları xəbərsiz oldu. Küçə və meydanlarda, həyət-bacalarda, yarpaqların və gül kollarının üstündə köpüklənib qalmış sarı yağış damcılarına su üçün dimdiyini uzadan sərçələrin kütləvi qırılmasını, az yaşlı uşaqlarda qan zəhərlənmələrini, sümüyə işləyən yaraları unutmaq olmur. Sarı yağışdan sonra cənub zonasını göy öskürək, təngnəfəslik, qan təzyiqi, baş gicəllənməsi, psixoloji durumun pozulması… bir bəla olaraq başına götürdü. Regionda it, at və pişiklər arasında artım həddini aşdı. Nəticədə bütün bunlar boyu, çəkisi, forması… sürətlə dəyişən yırtıcı çöl pişiyinə bənzər itidırnaqlı iri pişiklərin, canavardan heç də geri qalmayan quduz itlərin, vəhşi atların… yaranmasına səbəb oldu. Masallı, Cəlilabad və İmişli zonalarında qırılmış quduz itlərin, atların və pişiklərin basdırılması üçün xüsusi çalalar qazılmışdı. Lakin bu çalalar lazımi səviyyədə qazılmadığından, epidemioloji cəhətdən ölçülüb-biçilmədiyindən… bundan bir qədər sonra ətraf ərazilərdə yoluxucu xəstəliklər 2,5 dəfə artdı (yəni vərəm sindromu yarandı). Meşələrin, bağ-bağatın səthi daraldı. Eləcə də nəsillər arasındakı irsi dəyişikliyin bioloji qanunauyğunluqları genetik prinsiplər pozuldu. Məsələn, Cəlilabadda eyni gündə anadan olan 17 uşağın 8-i kor və şikəst, Lerikdə isə 2012-ci ildə dünyaya gələn oğlan uşaqlarının 6-sı ölü doğuldu. Astaranın Səncəradi kəndində eyni gündə beş ana və uşaq birlikdə tələf oldu. Lənkəranın Səpnəkəran yaşayış məntəqəsində isə bir gündə (müxtəlif saatlarda) 19 ana körpəsinə süd verməyi dayandırdı… südü qurudu… Bütün bunlar sarı yağışdan sonrakı fəsadların kiçik bir arayışıdır.
Regiondakı sonrakı ağrılar daha dərin idi… Bütün bu sadaladığım fakt və rəqəmlər İran İslam Respublikasının Ərdəbil, Germi və Biləsuvar yaşayış məntəqələrində ölkə mikrobioloqlarının əldə etdikləri fakt və rəqəmlərin yekunu ilə bağlı hazırladıqları arayışdan götürülüb.
Bu arayış 2013-cü il fevralın 3-də Təbrizdə keçirilən alimlərin yığıncağındakı hesabatlara daxil edilib. Ölkə mətbuatı isə bütün bunları şərh edib.
Haşiyə: Mikrobiologiya gözlə çətin görünən orqanizmlər haqqında elmdir. Bu elm mikrobları öyrənir (morfologiya), həm də orqanizmdə gedən genetik dəyişkənliyi və artımı, kimyəvi tərkibi… (fiziologiya) araşdırır, tədqiq edir.
Virusologiya isə viruslar və viruslarla bağlı xəstəliklər haqqında elmdir. XIX əsrdən bu elm mikrobiologiyanın tərkibində onun bir bölməsi kimi öyrənilir. Hazırda 1500 adda xəstəlik törədə biləcək viruslar mövcuddur. Bioloji elm kimi virusologiya immunitet üçün vaksinlərin də hazırlanmasında fəaldır.
Toksikologiya isə bilavasitə orqanizmdəki zəhərlənmə prosesini araşdırır, orqanizmdə baş verən fiziki və kimyəvi dəyişkənliyi öyrənir.
Fikrimizcə, cənub zonasında baş verən təbiətdəki zəhərlənmələri, gedən dəyişkənliyi, patoloji və genetik pozuntuları bilavasitə həm mikrobioloqlar, həm virusoloqlar və toksikoloqlar ayrı-ayrılıqda araşdırmalı, yekun qənaətə gəlməlidirlər. Bu isə olmadı. Nəticədə araşdırmalara görə, regionda döl naqisliyi və genetik zəhərlənmələrin yekunu kimi sonsuzluq halları genişləndi, qadınlar arasında döş xərçənginin yeni sindromları peyda oldu.
Məlumata görə, 2012-ci il martın 10-da və aprelin 4-də Rusiya tərəfi ölüm saçan zəhərli qazı — «Noviçok» adlı kimyəvi silahı Suçe poliqonunda sınaqdan çıxartdı (kimyəvi silahların 13,6%-i burada saxlanılır). Ondan bir qədər sonra həmin silah, zəhərli qaz «Zarin+Zaman» adı ilə Ermənistana, Belarus və İrana satıldı. Dağıstanın Qasımkənd və Rutul yaşayış ərazilərində isə qazların qorunması üçün iki anbar istifadəyə verildi. Vaşinqtondakı Henri Stimson mərkəzinin baş elmi işçisi Emi Stimson ABŞ Dövlət Departamentinə ünvanlanan rəsmi açıqlamasında göstərir: «…Ruslar heç vaxt bu silahları özləri məhv etməyəcəklər. Əksinə, onların yeni partiyaları meydana çıxacaq…» Çünki artıq Rusiya tərəfi Ermənistana, Belarusa və İrana ötürdüyü bu zəhərli qazla, Beynəlxalq Haaqa Agentliyinin 1993-cü ildə qəbul etdiyi kimyəvi silahlara qadağalar haqqında müqavilənin şərtlərini pozdu. Məlumata görə, bu gün RF ərazisində müxtəlif zəhərli maddələr istehsal edən 24 zavod var. Araşdırmalara görə, həmin zavodlardan biri artıq Dağıstan ərazisinə — Azərbaycanla sərhəd məntəqələrə köçürülüb. 2012-ci ilin iyununda Dəşt-e Muğan ərazisində isə (İranın Azərbaycanla sərhəd məntəqəsi) rus mütəxəssislərin köməyilə yeni dərman fabriki istifadəyə verildi. Avqustun 17-də isə Ermənistanın İcevan, noyabrın 19-da Berd yaşayış məntəqələrində (Azərbaycanla sərhəd zonası) rus mikrobioloqları ilə birgə tədqiqat aparmaq üçün laboratoriyalar açıldı. Erməni mikrobioloq, professor V.S.Gevandyan Moskva vilayətindəki mikrobiologiya üzrə tədqiqatlar laboratoriyasının (Ünvan: RF, Moskva vilayəti 601120. Pokrov şəhərindəki) filialını Berd yaşayış məntəqəsinə köçürür və Azərbaycanla sərhəd məntəqəsində yerləşən laboratoriyalarında «İnfeksiya prosesində qanda leykoz (qan xərçəngi) viruslarının olması» istiqamətində təcrübələrini aparır.
Araşdırmalarımıza görə, Berd yaşayış məntəqəsindən Azərbaycanın Tovuz-Qazax rayonları ərazilərinə, Dəst-e Muğan bölgəsindən Lənkəran -Astara zonasına, Dağıstan ərazisindən isə Balakən-Qusar istiqamətinə həcmi hələlik bu günədək bilinməyən, bizə məlum olmayan tərkibdə «Genetik zəhər» olan 14 adda zəhərli tüstü ötürülür. RF-dəki Ekoloji Problemlər İnstitutunun professoru (REA. Moskva-117984) V.T.Petrosyan iddia edir:»…Ermənistanda nə qədər zəhər varsa, onun Azərbaycan ərazisinə ötürülməsi mexanizmini düşünmək və tapmaq lazımdır».
Tədqiqatçıların fikrincə, insan orqanizmində 10 mindən 15 minə qədər gen var. Onun da təqribən 11%-i genetik materialdır. Texas Universitetinin genetiklər tədqiqat qrupu «Ceyron» tibb mərkəzinin başçısı, doktor Vudrinq Rayt hesab edir ki, əgər bu 11%-in 0,1%-nə zəhər düşərsə, onda orqanizmdə xərçəngin, bədxassəli şişlərin əlamətləri görünər.