Muəllif:

Sərgi: Qeyri-reallıq real ola bilər

Qeyri-reallıq real ola bilərmiş.  17, 18, 19  yanvar günlərində  gənc rəssam Ülviyyə Musayevanın üçüncü sərgisi idi və bu sərginin ana xətti bu qeyri-reallığın real ola biləcəyinə köklənmişdi . Sərginin açılışı 17 yanvar saat 19:00-da “Natavan qalereya»da oldu.  Adı: “ Qeyri-reallıq real ola bilər“.  Adından da  göründüyü kimi, sərgi maraqlı və fərqli idi.  Ülviyyə xanım, qalereyanın sahibəsi Natəvan xanım və qalereyanın işçiləri sərgiyə təşrif buyuranları xoş qarşıladılar.

Unikal 3D texnologiyasından, -Hand- life —   barmaqla rəsm əsərləri sərgilənirdi. Əsərlərə toxunduqca müəllifin daxili rahatlığını hiss etmək olurdu. Sərgidə rəsmlərlə yanaşı boyalı şərab şüşələri təqdim olundu. Sərgidə 30 rəsm əsəri və 30 boyalı şərab qabı var idi.  Daha çox maraq boyalı şərab qablarına idi.

Sərginin ikinci günündə Ülviyyə xanım Master Class keçirdi, o öz bacarıqlı əlləri ilə rəsmlər çəkib orda da tamaşaçılara təqdim etdi. Çəkilən rəsmlərdən biri Natavan qalereyaya hədiyyə olundu.

Sərginin üçüncü gününə də Ülviyyə Musayeva Master class keçirdi ve onu həyat yoldaşı məşhur təbil ifaçısı Ramin bəy müsayiet etdi.

Sərgi xeyriyyə xarakterli idi. Sərgidə təqdim olunan rəsm əsərləri və boyalı şərab qablarının satışından yığılan gəlir, xəstə uşaqlı bir ailəyə yardım edəcəkdi.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 371