Muəllif:

Sərbəst güləşçi Hacı Əliyev Finlandiyada qızıl medal qazandı

Finlandiyanın Vantaa şəhərində sərbəst güləş üzrə Avropa çempionatının ikinci günündə təmsilçimiz Hacı Əliyev (61 kq)  qızıl medal qazanıb.  Əliyev  1/8 finalda Aleksandr Semisorovu (Almaniya), 1/4 finalda  gürcüstanlı Beka Lomtadzeni, yarımfinalda Ukrayna güləşçisi Vasil Şuptarı üstələyib.

Finalda  Əliyevin rəqibili Rusiya təmsilçisi Bekxan Qoyqeryev olub. 12-5 hesabı ilə rəqibinə qalib gələn idmançımız Avropa çempionu adına layiq görülüb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 427