Muəllif: Redaksiya
Sərbəst güləşçi Hacı Əliyev Finlandiyada qızıl medal qazandı
Finlandiyanın Vantaa şəhərində sərbəst güləş üzrə Avropa çempionatının ikinci günündə təmsilçimiz Hacı Əliyev (61 kq) qızıl medal qazanıb. Əliyev 1/8 finalda Aleksandr Semisorovu (Almaniya), 1/4 finalda gürcüstanlı Beka Lomtadzeni, yarımfinalda Ukrayna güləşçisi Vasil Şuptarı üstələyib.
Finalda Əliyevin rəqibili Rusiya təmsilçisi Bekxan Qoyqeryev olub. 12-5 hesabı ilə rəqibinə qalib gələn idmançımız Avropa çempionu adına layiq görülüb.
Bölüm: Idman
Oxunma sayı: 433