Muəllif:

Sentyabrdan ali məktəblərdə yeniliklər olacaq: “qeyri-prestijli” ixtisasların təqaüdü artır

Sentyabrdan ali məktəblərdə yeniliklər olacaq: “qeyri-prestijli” ixtisasların təqaüdü artır. Başqa sözlə, ali məktəblərin bəzi ixtisaslarında təhsil alan tələbələrə xüsusi təqaüdlər veriləcək. Nazir deyib ki, yeni tədris ilindən başlayaraq Təhsil Nazirliyi Azərbaycanın ali təhsil sistemində bəzi yeniliklərə imza atacaq.  Belə ki, cəmiyyətdə “qeyri-prestij”li kimi qəbul olunan peşələrə yüksək ballı tələbələrin cəlb edilməsi üçün xüsusi stimullaşdırma proqramları həyata keçiriləcək.

APA-ya açıqlamasında təhsil naziri Mikayıl Cabbarov bildirib ki, nazirlik olaraq bu gün müəllimlik peşəsinə gələn insanların bilik səviyyəsi onları qane etmir. Nazirin sözlərinə görə, ölkədə müəllim olmaq istəyənlər abituriyentlərin ən yüksək nəticə göstərən 10-15%-dən deyil, daha aşağı nəticə göstərənlər arasından seçilir: “600-dən yuxarı balla pedaqoji ali təhsil müəssisələrinə gələn tələbələrin sayı çox azdır. Ona görə də birinci müəllim peşəsinə məhz belə istedadların və gənclərin cəlb edilməsi üçün konkret addımlar atmalıyıq. Növbəti tədris ilindən yüksək balla müəllim peşələrini seçən, şüurlu şəkildə müəllim peşəsinə gələn və öz həyatını gələcəkdə təhsil sistemi ilə bağlamaq, gələcək vətəndaşların formalaşmasına töhfə vermək istəyən istedadlı gənclərə xüsusi müavinətlər, imtiyazlar, daha yüksək təqaüdlərin ödənilməsi sistemi tətbiq ediləcək. Bu təcrübə yalnız müəllim peşəsini əhatə etməyəcək, həmçinin dövlətin tələbləri üçün zəruri, insan kapitalının formalaşması üçün çox əhəmiyyətli olan, lakin bu və yaxud digər səbəbə görə bu gün yüksək ballı abituriyentlər arasında prestijli hesab olunmayan bir sıra digər sahələrə də tətbiq ediləcək. Misal olaraq, bunlara aqrar sahə, mühəndislik, dəqiq elmlər və bu kimi cəmiyyətdə “qeyri-prestij”li kimi qəbul olunan peşələr daxildir. Növbəti akademik ildən başlayaraq yeniliklər tətbiq olunması nəzərdə tutlur”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 157