Muəllif: Redaksiya
Şəmsəddin Haciyev İqtisad Universitetinin rektoru vəzifəsindən çıxarıldı
Prezident İlham Əliyevin sərəncamı ilə Şəmsəddin Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad olunub. Sərəncama əsasən Ədalət Muradov yeni rektor təyin edilib. Ə.Muradov İqtisadiyyat və Sənaye Nazirliyində İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində işləyib. Muradov Kiyev Dövlət Universitetinin məzunu, iqtisadiyyat elmləri doktorudur.
Hacıyevə gəlincə, o, rektorluq korpusunun nüfuzlu üzvlərindən idi, həmçinin Parlamentin Elm və təhsil komitəsinin rəhbəridir. İqtisad Universiteti ölkənin ən çox korrupsiyaya uğramış ali məktəbi kimi tanınır (Turan).
Bölüm: Xəbərlər
Oxunma sayı: 198

