Muəllif:

Şəmkirdə toy məclisi savaş meydanına çevrilib

Şəmkir rayonunun Yeniabad kəndində toy məclisi kütləvi davaya çevrilib. Toy məclisində xeyli spirtli içki qəbul edən dostlar bir-biriləri ilə yersiz zarafat ediblər və bu zarafat kütləvi davaya çevrilib. Nəticədə 30 yaşlı kənd sakini Mehman Fətəliyev çoxsaylı bıçaq zərbələri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat olunan yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Hadisəyə ilkin səbəb kimi sərxoş gənclərin bir-birinə nalayiq ifadələr işlətməsi göstərilir. Şəmkir polisinin keçirdiyi ilkin istintaq tədbirləri zamanı məlum olub ki, Fətəliyevə bıçaqla xəsarət yetirmiş şəxs onun həmyerlisi 30 yaşlı Xəyal Həsənovdur. Polisdən verilən məlumata görə, Həsənov cinayətdə istifadə etdiyi soyuq silahla birlikdə saxlanılıb. Deyilənə görə, polis bu davanın n digər iştirakçılarının müəyyən etməklə məşğuldur.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 184