Şəmkirdə 10 gün əvvəl müəllimənin 10 min manatını aparanlar qandallanıblar
Şəmkirdə quldurluq etməkdə şübhəli bilinən iki rayon sakini saxlanılıb. Şəmkir polisindən bildirilir ki, Şəmkir rayon Keçili kəndində kənd orta məktəbində ingilis dili müəlliməsi işləyən 47 yaşlı Zülfiyyə Qəhrəmanovanın evinə basqın edərək onun 10 min manatını aparan rayon sakinləri — 1992-ci il təvəllüdlü Əmirxan Abdıyev və 1993-cü il təvəllüdlü Abdulla Ələsgərli tutulublar.
Hadisə yanvarın 17-də saat 04:00 radələrində baş verib. Əmirxan Abdıyev və Abdulla Ələsgərli maska taxıb, əllərinə rezin əlcək geyinərək kənd sakini, rayon Keçili kəndində kənd orta məktəbində ingilis dili müəlliməsi işləyən 47 yaşlı Zülfiyyə Qəhrəmanovanın evinə basqın edərək ona hədə-qorxu gəlib və 10 min manat pulunu alıblar. İstifadə etdikləri maska və əlcəkləri isə evin yaxınlığında atıblar. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq gedir.