Muəllif:

Şəkidə ipək istehsalı 30 dəfə azalıb, Qəbələ və Qaxda tütün yoxa çıxıb…

İqtisadi Təşəbüslərə Yardım Mərkəzi regionların inkişafı, aqrar-sənaye sahədəsindəki vəziyyətlə ilə bağlı araşdırma üzərində işləyir. Mərkəzin eksperti Rövşən Ağayev deyir ki, rəsmi məlumatlardan kənar informasiyalar yox səviyyədədi. Belə ki, Azərbaycanda kənd inkişafı, regional inkişafla bağlı müstəqil tədqiqatlar və obyektiv elmi araşdırmalar yoxdur. Halbuki inkişaf etmiş dünya ölkələrinin hamısında regional inkişafı elmi institutlar öyrənir, beyin mərkəzləri bu sahəni xüsusi diqqətdə saxlayır:”Azərbaycanda hətta media üçün bu mövzu maraqlı deyil. Jurnalistlər üçün məmurların söylədikləri şişirdilmiş rəqəmlər, təhrif olunan gerçəkliklər daha maraqlıdır, nəinki real stiuasiya. Regionlarımızın inkişafı ilə bağlı istinad oluna biləcək obyektiv məlumat bazasına və təhili mənbəyə ehtiyac var, bunu yaxın zamanlarda yaratmaq üçün çalışmalarımız var”.

Ağayevin söylədiyinə görə, maraqlısı budur ki, hətta rəsmi mənbələr belə hökumətin regional inkişafla bağlı yalan-palanlarını asanlıqla ortaya çıxarmağa imkan verir. Şəki-Zaqatala regionunun timsalında bunu təsdiqləyən bir neçə fakta diqqət yetirək.

Tarixən Şəkinin iqtisadiyyatında ipəkçiliyin xüsusi rolu olub. 2005-ci ildə bu rayonda 58.4 ton xam ipək istehsal edildiyi halda, 2012-ci ildə 30 dəfəyədək azalaraq 2 tona enib. 2005-ci ildə bu rayonda 38 min kvadratmetr sintetik saplar istehsal edilib, 2012-ci ildə istehsal tam dayanıb. Şəkidə 2008-ci ildə 1 milyon kvadratmetr pambıq parça istehsal edilib, 2012-də istehsal 10 dəfə azalaraq 114 min kvadratmetrə enib. 2005-ci ildə Şəkidə 277 ton fermentləşdirilmiş tütün istehsal edilib, 2012-də tütün istehsal tamamilə yoxa çıxıb. 2005-də Şəkidə sənaye müəssisələrində 3 min nəfər çalışdığı halda, 2012-də 1900 nəfərə düşüb.

İqtisadçı qeyd edir ki, eyni vəziyyət həmin regionun lideri sayılan Qəbələdə də müşahidə olunur. Bu rayonda 2006-cı ildə 226 ton fermentləşdirilmiş tütün istehsal edilib, amma 2012-də tütün istehsalından əsir-əlamət qalmayıb. Bunun əvəzində «Gilan»ın şirə istehsal yaradılıb. Amma statistika göstərir ki, 2010-2011-ci illərdə Qəbələdə 1 milyon dekalitrə yaxın şirə istehsal olunsa da, 2012-ci ildə həmin göstərici 30% azalaraq 770 minə enib. Rayonda lift zavodu yaradıblar, 2008-də 200-dək lift istehsal edilsə də, 2012-də 60 ədədə enib.

Qaxda 2005-də 338 ton mineral və qazlı sular istehsal olunur, 2012-də su istehsalı 2 dəfə azalaraq 167 min tona enir. Qaxda 2005-də 77 ton fermentləşdirilmiş tütün istehsal edilib, 2012-də tütün istehsalı tam yoxa çıxıb. 2005-də meyvə və qoz-fındıqdan hazırlanan konservləşdirilmiş məmulatlar istehsalı 440 ton təşkil etdiyi halda, 2012-də 10 dəfə azalaraq 43 tona enib.

Beləliklə, siyahını uzatmağa ehtiyac qalmır, real mənzərəni görmək üçün elə bu rəqəmlər də yetər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 302