Muəllif:

Şəkidə “Aqrolizinq”də 5 milyon manatlıq mənimsəmə

Hesablama Palatası “Aqrolizinq” ASC-nin Şəki şöbəsində 5 mln. manat vəsaitin mənimsənilməsi və israf edilməsi faktlarını üzə çıxarıb. Bu haqda Turan-ın müxbirinə Şəkidəki məlumatlı mənbələrdən məlum olub.    Xüsusən, kənd təsərrüfatı texnikasının yetərsizliyi, əhaliyə gübrə verilməsində əlavə miqdarlar göstərilməsi faktları aşkar edilib.

Faktla bağlı Baş Prokurorluq nəzdində Korrupsiyaya qarşı Mübarizə idarəsində 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddə ilə cinayət işi açılıb, istintaq davam edir.

Bəzi məlumatlara görə, yoxlamaların həyata keçirilməsi təşəbbüsü rayon icra hakimiyyəti tərəfindən irəli sürülüb. Lakin Şəki RİH-dən şərh verməkdən imtina ediblər.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 381