Səfərbərlik Xidməti mənasız quruma çevrilir
Müdafiə Nazirliyi Səfərbərlik Xidmətinə etibar etmir. Belə ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçiriləcək.
MN mətbuat xidmətindən yayılan məlumata görə, bu barədə müdafiə naziri Zakir Həsənovun əmr imzalayıb.
Əmrə əsasən, xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq.
Sual olunur: Bu işləri Müdafiə Nazirliyi aşkar edəcəksə, ona Səfərbərlik Xidməti nəyə lazımdır? Vergi ödəyiciləri bir işə niyə 2 dəfə pul ödəməlidir? Bu o anlam daşımırmı ki, Səfərbərlik Xidməti mənasız quruma çevrilir (və ya
artıq çevrilmişdir)?
İzah edilir ki, hərbi xidmətə yararlı olanlar 3 ay müddətində yeni gəlmiş heyətin döyüş hazırlığı proqramına əsasən gənc əsgərin hazırlığı kurslarında təlim keçəcək.
Kursu bitirdikdən sonra birliklərdə, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılan komissiyalar tərəfindən xüsusi kompüter proqramı vasitəsilə həyata keçirilən bölgü əsasında gənc əsgərlər yiyələndikləri ixtisaslara uyğun olaraq hərbi hissələrə xidmət yerlərinə göndəriləcək.