Muəllif:

Sarqsyana görə Azərbaycanın nə hərbi qüdrəti var, nə də qabiliyyəti

Ermənistanın rəhbəri Serj Sarqsyana görə Azərbaycanın nə hərbi qüdrəti var, nə də qabiliyyəti. Onun düşüncəsinə görə, Azərbaycan zəifdir.

“Müharibəni uduzan Azərbaycan hakimiyyəti öz xalqında belə bir illüziya yaratmaq istəyir ki,  guya Qarabağ uğrunda mübarizə davam edir”, — bunu Ermənistan prezidenti Serj Sarqsyan bu gün “Yerkrapa” müharibə veteranlarının qurultayında deyib.

“Real hərbi əməliyyatların aparılması üçün Azərbaycanın nə qüvvəsi, nə də qabiliyyəti yoxdur. Yalnız vaxtaşırı bizim kəndləri və mövqeləri atəşə tutmaq qalır”, — deyə Sarkisyan Azərbaycanı ermənifobiyada ittiham edib.

Onun sözlərinə görə, ermənilər üçün Dağlıq Qarabağ məsələsi birdəfəlik həll olunub. “Biz bilirik ki, düşmən gələcəkdə də bizi rahat qoymayacaq, Bakının öz snayperlərini cəbhə xəttindən çəkmək istəməməsi bundan xəbər verir”, — o vurğulayıb (Turan-Armİnfo).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 205