Muəllif:

Samboçu və cüdoçuZülfiyyə Hüseynova təqaüd istəyir, nazir deyir düşmür

Gənclər və idman naziri Azad Rəhimov veteran samboçu və cüdoçu Zülfiyyə Hüseynovanın ittihamlarına cavab verib. Nazir bu gün keçirdiyi mətbuat konfransında  Hüseynovanın təqaüd istəməsini əsassız adlandırıb. “Nəyə görə Gömrük Komitəsində işləyən gənc qıza təqaüd verilməlidir? Təqaüd idmanda böyük nailiyyəti olanlara dəstək məqsədilə verilir. Mən ona təqaüd verilməsinin qəti əleyhinəyəm. Dəfələrlə görüşmüşük, izah etmişik. Meyarlar var, Zülfiyyə xanım istəsə, yenə müraciət edə bilər”, — deyə nazir bildirib.

Zülfiyyə Hüseynova isə deyir ki,  təqaüd istəmək onun haqqıdır:  “Mən təqaüd üçün nazirliyə müraciət etmişəm. Amma nazirin özü ilə görüşməmişəm. Yalnız nazirliyin şöbə müdiri Mirkamil Rəhimovla danışığımız olub”. Veteran samboçu və cüdoçu Zülfiyyə Hüseynova apasport.az saytına  deyib ki, iki idman növündə iştirak edib:

“ Mən hələ SSRİ vaxtında Azərbaycanın bayrağını qaldırmışam. SSRİ çempionatında cüdoda II, Xalqların Spartakiadasında isə III yerə çıxmışam. Hərbçilər və tələbələr arasında cüdo üzrə dünya, hərbçilər arasında olimpiya çempionuyam. Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısıyam. Əgər bunu bizim hörmətli nazir bilmirsə, mən nə deyə bilərəm? Təqaüd istəmək mənim haqqımdır. Hətta milyarder də olsam, məncə, bu məsələyə baxmaq olar. Təqaüdü göstərdiyin nəticəyə görə verirlər. Daha gözləmirlər ki, 60 yaşın olacaq. Deyə bilmərəm ki, mən 60 yaş yaşayacağam, ya yox”.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 528