Muəllif:

«Sahil” Ticarət Mərkəzində güclü yanğın: mağaza sahiblərinə böyük ziyan dəyib

Səhər saat 10:00-a yaxın “Sahil” metro stansiyasının üzərində yerləşən eyniadlı ticarət mərkəzində güclü yanğın baş verib. Yarım saat ərzində alov dörd mağazaya yayılıb, halbuki, yanğınsöndürənlər bir neçə dəqiqəyə hadisə yerinə gəliblər. Şahidlərin sözlərinə görə, alov mağazaların birində qısa qapanma nəticəsində əmələ gəlib.   Pəncərənin biri tüstülənməyə başlayıb, onu söndürənə qədər alov digər dükanlara yayılıb və bütün mərtəbəni bürüyüb.   Hadisə yerinə yanğından mühafizə  xidməti və FHN gəlib.  Yuxarı mərtəbələrdə çoxlu adamlar toplaşıb, onlar bayıra çıxmağa qorxublar.

Bu binadakı mənzillər Bakıda ən bahalı mənzillərdən hesab olunur. Yanan mağazaların sahiblərinə böyük ziyan dəyib. Onlardan çoxu içəriyə girmək istəyib, odur ki, polislə qarşıdurma yaranıb. Hadisə yerinə yüzlərlə adam toplaşıb. Çevik polis alayı qüvvələri də hadisə yerinə gətirilib.

FHN-dən Turan-a bildirilib ki, zərərçəkən yoxdur. Qeyd olunub ki, yanğına şəbəkədə yaranan qısa qapanma səbəb olub.

Az sonra yanğın söndürülüb. Yanğın nəticəsində ikinci və üçüncü mərtəbələrdə ticarət sahələrinin xeyli hissəsi yanıb.  Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov jurnalistlərə bildirib ki, yanğın nəticəsində beş nəfər xəsarət alıb, o cümlədən üç nəfər zəhərlənib. FHN-in bir əməkdaşı xəsarət alıb, yanğını müşahidə edən bir nəfərin halı pisləşib.

 “Sahil” Ticarət Mərkəzinin işçilərinin sözlərinə görə, səhər xadimələrdən biri işığı yandırarkən yanğın baş verib.   Yanğın mağazalar açılmazdan əvvəl baş verdiyinə görə Ticarət Mərkəzində az adam olub.   Mağaza sahiblərinə on minlərlə manat həcmində ziyan dəyib. Obyektlərin çoxu sığorta olunmayıbmış…

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 170