Sahibkarlar Konfederasiyası 15 yaşını qeyd edib
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) 15 illik yubileyini qeyd edib. Qurumdan bu barədə yayılan bilgiyə görə, tədbirdə İqtisadiyyat və Sənaye, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Həmkarlar İttifaqları Konfederasiyasının, TÜSİAB, ATİB, Beynəlxalq Əmək Təşkilatının Bakı ofisinin təmsilçisi, həmçinin 30-dən çox sahibkar iştirak edirdi.
ASK prezidenti Məmməd Musayev təşkilatın 15 il ərzində qazandığı uğurlardan, həmçinin həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, ölkənin iqtisadi inkişafında konfederasiyasının da özünəməxsus payı var: “Dövrün tələblərinə uyğun olaraq ASK 1999-cu il aprelin 9-da Sahibkarlar Assosiasiyası kimi qeydə alındıqdan bir müddət sonra konfederasiya statusunda fəaliyyət göstərib, 15 il ərzində ölkədə sahibkarlığın inkişafına öz töhfəsini verib. Belə ki, Konfederasiya tərəfindən sahibkarlara kömək məqsədilə xüsusi tədbirlər planı işlənib hazırlanır və həyata keçirilir. Məlum olduğu kimi, Konfederasiya ölkədə iş adamlarının maraqlarından cıxış edən və sahibkarlığın inkişafına dəstək verən ümumrespublika ictimai birliyi kimi özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər assosiasiya və birlikləri birləşdirir. Konfederasiya sosial tərəfdaşlığın subyekti kimi 2001-ci ildən müəyyən dövrlər ücün Azərbaycan Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial–iqtisadi siyasəti və sosial-əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlayır”.
Musayev qeyd edib ki, Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən modern əsaslarla təkmilləşdirilməsi istiqamətində əsas yol xəritəsi olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açılacaq. Bu yaxınlarda aidiyyəti dövlət qurumları ilə birlikdə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılması müəyyənləşəcək. Bu istiqamətdə fəaliyyətə start verilib.
O eləcə də sahibkarlığın inkişafına daim diqqət və qayğıyla yanaşıldığını, investisiya mühitinin daha da yaxşılaşdırılması və inzibati prosedurların sadələşdirilməsi ilə bağlı zəruri tədbirlər görüldüyünü qeyd edib, «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanın ölkəmizdə biznes və investisiya mühitini daha da sağlamlaşdıracağını, qeyri-neft sektorunun, sahibkarlığın sürətli inkişafını təmin edəcəyini vurğulayıb.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov konfederasiyanın 15 illik yubileyi ilə əlaqədar təbrik edib. O, qeyd edib ki, ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks qaydada tədbirlərə dövlət dəstəyi verilir.
Daha sonra Beynəlxalq Əməkdaşlıq Təşkilatının (BƏT) Bakı ofisinin rəhbəri Yaşar Həmzəyev 15il ərazində özəl sektorun inkişafına layiqli töhfə vermiş, konfederasiyanın fəaliyyətini yüksək qiymətləndirib. ASK ilə BƏT arasında uğurlu əməkdaşlığın mövcudluğunu, gələcəkdə dəyərli layihələrin həyata keçiriləcəyini qeyd edib.
Daha sonra təbriklərə qoşulan TÜSİAB Başkanı Murat Bakır da öz səmimi təbriklərini ifadə edərək, bu günədək ASK ilə birlikdə mühüm layihlərə imza atdıqlarını və bundan sonra da bu əməkdaşlığın uğurla davam edəcəyinə ümidvar