Muəllif:

Sabah yenə də qar yağacaq

Bakıda və Abşeron yarımadasında fevralın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən axşam və gecə bəzi yerlərdə qar yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Gecə və səhər yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 2-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Bölgələrdə hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Yollar buz bağlayacaq.

Temperaturun gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 13-18, yüksək dağlıq ərazilərdə 20-22, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 99