Muəllif: Redaksiya
Sabah qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi gözlənilir
Bakı və Abşeron yarımadasında yanvarın 31-də qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Çovğun olacağı ehtimalı var. Havanın temperaturunun gecə və gündüz 1-3 dərəcə şaxta, gündüz 5 dərəcəyədək şaxta olacaq. Yollar buz bağlayacaq.
Rayonlarında yanvarın 31-də arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Gecə və səhər arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10 dərəcə şaxta, 2-7 dərəcə şaxta olacağı gözlənilir. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.
Bölüm: Xəbərlər
Oxunma sayı: 108