Muəllif:

Sabah Bakıda taekvondo üzrə Avropa çempionatı başlanır

Sabah Bakıda taekvondo üzrə Avropa çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, 4 gün davam edəcək yarışda 46 ölkədən 400-ə yaxın idmançı mübarizə aparacaq. “Sərhədçi” Olimpiya Mərkəzində olacaq çempionatın rəsmi açılış mərasimi bu gün saat 18:00-da keçiriləcək. Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu və Avropa Taekvondo İttifaqının prezidenti Atanasios Praqalos da bu məqsədlə Bakıya təşrif buyurublar. Onların yarışı canlı izləməklə yanaşı, bir sıra rəsmi görüşlər də keçirəcəklər.

Kişi və qadınlardan ibarət Azərbaycan yığmaları Avropa çempionatına tam heyətlə qatılacaqlar. Kişilərdən ibarət millimizin baş məşqçisi Ələkbər İmaməliyev yarışda Mikayıl Əliyev (54 kq), Samir Cavadlı (58 kq), Ayxan Tağızadə (63 kq), Elvin Məmmədov (68 kq), İlkin Şahbazov (74 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (87 kq) və Ceyhun Həsənliyə (+87 kq) şans verəcək.

Qadınlardan ibarət yığmamızın baş məşqçisi Gündüz Abdullayev isə çempionatda Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq), Hülya Oveyoğulları (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyevanı (73 kq) sınaqdan çıxaracaq.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 555